“Qonşularına qarşı ərazi iddiaları irəli sürən Ermənistan Konstitusiyası dəyişməlidir” – Əhməd Şahidov ARB24 kanalına danışıb

Bugün Ermənistan və Azərbaycan arasında dövlət sərhədlərinin delimitasiya və demarkasiyası üzrə dövlət komissiyaları fəal şəkildə öz işini davam etdirir. İki ölkə arasında dövlət sərhədlərinin böyük bir hissəsi müəyyən edilib. Azərbaycana məxsus 4 kənd geri təhvil verilib, digər 4 kəndin də yaxın həftələrdə Azərbaycana veriləcəyi gözlənilir. Bundan sonra iki ölkə arasında sülh müqaviləsi imzalanması gözlənilir.

Mövzu ilə bağlı ARB24 Televiziyasının “İşgüzar Səhər” verilişində danışan hüquq müdafiəçisi Əhməd Şahidov Azərbaycan-Ermənistan sülh gündəliyini şərh edib və qonşularına qarşı ərazi iddialarını özündə ehtiva edən Ermənistan Konstitusiyasının dəyişməli olduğunu xüsusilə qeyd edib.