“Fransanın Azərbaycana qarşı qərəzli siyasəti cavabsız qalmır” – Əhməd Şahidov “Azadlıq radiosu”na danışıb

“Azadlıq radiosu”nda yayımlanan “#İzahla” proqramında Azərbaycanın Rusiya və Qərblə münasibətləri barədə danışılıb. Aparıcı Ülviyyə Əsədzadənin suallarını cavablandıran siaysi şərhçi Əhməd Şahidov Qərb ölkələri ilə Azərbaycan arasında münasibətlərə dair fikirlərini bölüşüb.

Fransanın Azərbaycana qarşı düşmən mövqeyini tənqid edən Əhməd Şahidov Parisin qərəzli siyasətinin cavabsız qalmadığını və Bakının da buna adekvat addımlar atdığını bildirib.