“Ermənistandakı bugünkü etirazlar 2020`ci il müharibəsinin təzahürüdür” – Əhməd Şahidov ARB24 kanalına danışıb

Ermənistanda etiraz aksiyaları bugün də davam etməkdədir. Son zamanlar Ermənistanda Xocalı soyqırımını törədən və təşkil edən Ermənistanın keçmiş prezidentləri Robert Koçaryan və Serj Sarqsyanın himayədarlıq etdiyi “Vətən Tavuş uğrunda” yürüş keçirilir. Bu aksiyaya keşiş Baqrat Qalstanyan başçılıq edir. Aksiyaların məqsədi baş nazir Nikol Paşinyanı hakimiyyətdən devirmək və Azərbaycan ilə sülh danışıqlarını pozmaqdır.

Mövzu ilə bağlı ARB24 Televiziyasına açıqlama verən Əhməd Şahidov bildirib ki, Ermənistanda baş verənlər hələ 44 günlük İkinci Qarabağ Müharibəsində üzləşdikləri acı məğlubiyyətin təzahürüdür. Hələ uzun illər bu qarşıdurma davam edəcək və erməni cəmiyyəti arasında qarşılıqlı ittihamlar səngiməyəcək. İstənilən halda, Ermənistanda revanşist qüvvələrin fəallaşmasını nəzarətdə saxlamaq və məqamında güc nümayişi göstərmək lazım gələcək.