Mayın 27`də Avstriyanın paytaxtı Vyana şəhərində ATƏT`in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun təşkilatçılığı ilə “Media savadlılığı və demokratiya” mövzusunda iki günlük konfrans öz işinə başlayıb.
ATƏT üzvü olan 57 ölkənin səfirləri, diplomat və hökumət rəsmilərinin iştirak etdiyi toplantıda ATƏT coğrafiyasında insan haqları və humanitar hüquq məsələləri müzakirə edilib.
Toplantıda iştirak edən hüquq müdafiəçisi Əhməd Şahidov Fransa hökumətini sərt tənqid edib və Yeni Kaledoniyada yaşananları toplantı iştirakçılarının diqqətinə çatdırıb. Yeni Kaledoniyada insan haqları və fundamental azadlıqların kobud surətdə pozulduğunu diqqətə çatdıran Əhməd Şahidov yerli Kaledoniya xalqının hüquqlarının Fransa tərəfindən pozulduğunu bildirib və ATƏT üzvü olan ölkələrin Yeni Kaledoniyada yaşananlara reaksiya vermələrini istəyib.