“Erməni kilsəsinin təxribatları sərhədlərin delimitasiyasına təsir etməyəcək” – Əhməd Şahidov ARB24 kanalına danışıb

Ermənistanda etiraz aksiyaları hələ də davam edir. Erməni keşiş Baqrat Qalstanyanın rəhbərliyi ilə keçirilən etiraz aksiyalarının məqsədi Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiyası və demarkasiyası prosesini pozmaq və ölkədə baş nazir Nikol Paşinyana qarşı vətəndaş itaətsizliyini təşkil etməkdir.

Mövzu ilə bağlı ARB24 Televiziyasına danışan hüquq müdafiəçisi Əhməd Şahidov bildirib ki, Ermənistanda bir qrup revanşist qüvvələr tərəfindən tərəfindən təşkil olunan etiraz aksiyaları heç bir nəticə verməyəcək. Çünki, sərhədlərin delimitasiyası prosesi uğurla davam etdirilir və qısa müddət ərzində proses yekunlaşacaq. Bundan sonra Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması mərhələsinə start veriləcək.