Artıq bir-neçə gündür ki, Avropada səfərdəyəm və ATƏT`in Vyanada keçirilən konfransından sonra Böyük Britaniyaya gəldik. Londonda bir sıra siyasi dairələrdə görüşlərimiz baş tutur. Daha sonra isə yenidən Avstriyanın paytaxtı Vyanaya səfər edəcək və ATƏT`in konfransında qatılacayıq.
Azərbaycanı bütün mümkün beynəlxalq platformalarda uğurla təmsil etməyə çalışırıq. Bəzi Avropa ölkələrinin Azərbaycana qarşı qərəzli siyasətinin gücləndiyi bir dövrdə Vətənimizi və Dövlətimizi müdafiə etmək ən ali vəzifəmiz olmalıdır.