Türklər kimlərdir – mənşəyi, çoğrafiyası, mədəniyyəti barədə qısa məlumat;

turk_bayragiTürk millətinin ən qədim tarixinin əsas dövrləri barədə qısa məlumat. Tarixdə ilk Türk izlərinin yayılma coğrafiyası, onların mənşəyi, yaşayış tərzi haqqında biliklər. Türklərin ilk idarəetmə quruluşu necə formalaşmışdır?

Türk millətinin tarixi insanlıq tarixi qədər qədimdir. “Türk” sözü tarixin ən qədim çağlarından bəri işlədilir və müəyyən toplum və ya toplumların adı kimi mövcud idi.
Türklərin köklü və çox zəngin bir tarixə və mədəniyyətə sahib olmaları səbəbindən bir çox elm adamları “Türk” adının haradan gəldiyi haqqında araşdırmalar aparmış və araşdırmalar nəticəsində məlum olmuşdur ki, Türk adı ilk dəfə e.ə. XIV əsrdə “Tik” və ya “Tiklər” adıyla tanınmağa başlamışdır. Başqa bir fikrə görə isə Türk adı e.ə. XIV əsrdən əvvəl də var olmuşdur. Qısası, Türk irqinin tarixi insanlıq tarixi qədər zəngin və qədimdir. Bu gerçəyi qədim milli mifologiyalarda və tarixi hadisələri izah edən qədim sənədlərdə də görmək mümkündür.
Türk irqinin çox qədim olması səbəbindən Türk adının haradan gəldiyi haqqında bir çox iddia və mülahizələr irəli sürülmüşdür. Buna görə də,
– Heredotun bir çox əsərlərində sitat kimi çəkdiyi Targitablar;
– İskit torpaqlarında doğulduğu iddia edilən Tirkaelər;
– Tövratda adları sadalanan Togarmalar;
– Qədim Hind mənbələrində təsadüf edilən Turukhalar və ya Thraklar;
– Qədim Ön Asiya yazılı mətnlərində görülən Turukkular;
Çin mənbələrində e.ə. I əsrdə rol oynadıqları bildirilən Tik və ya Dilər birbaşa “Türk” adını özündə daşıyıb əslində türkçülüyün mənalarını ifadə etməkdədir.
İslam mənbələrində yer alan İran mənşəli “Zenf-Avesta” rəvayətləri ilə İsrail mənşəli “Tövrat” rəvayətlərində Nuh Peyğəmbərin nəvəsi olan Yafəsin oğlu “Türk” ilə İran rəvayətlərindəki Feridunun oğlu “Türac” və ya “Tur”un soyu türk adını daşıyan ilk məna olaraq göstərilmişdir.
“Avesta”da yer alan “Ebül Bəşər”dən, Cəmil və oğlu Feridundan bəhs edilir. Feridunun ölkəsi Salm, İrak və Turak (Türk) adlı üç oğlu arasında pay olaraq bölünmüşdür. Salmaya bugünkü İran və onun əhalisi, İraka bugünkü İraq və onun əhalisi, Turaka isə Orta Asiya və Çin əraziləri düşmüşdür. Feridun öləndən sonra İrak Salmaya hücum etmiş, İranı zəbt etmiş, daha sonra isə Turaka hücum çəkmişdir.
İrak Turakı məğlub edə bilməmiş, savaş onların nəvələrinə qədər uzanaraq illərcə sürmüşdür. Sonda Turakın nəvəsi “Əfrasiyab” İrakın nəvəsi “Muncihiri” məğlub etmiş və Ceyhun nəhri sərhəd qəbul edilərək bir anlaşma imzalamışlar. O tarixdən sonra Ceyhun nəhrinin şərq hissəsi “Turan”, qərb hissəsi isə “İran” adlanmağa başladı.
Tövrat rəvayətlərində isə bildirilir ki, Nuh tufanından sonra Nuh Peyğəmbər dünyanı üç oğlu arasında pay kimi bölmüşdür. Yafesə Orta Asiya və Çin ölkələri düşmüş, Yafes ölən zaman taxtı-tacını səkkiz oğullarından biri olan “Türk”ə miras qoymuşdur.
Məlum olur ki, Həzrəti Adəmin dövrünə yaxın zamanlarda Turakdan (Türk), İran-Turan savaşlarından və Alp Ər Tunqa kimi böyük bir türk Komandanından və Saka İmperatorluğu Xaqanından bəhs edilməkdədir. Yuxarıda mifoloji və tarixi qeydlər içərisində yer alan “Türk” kəlmələrindən də göründüyü kimi Türk adı nə qədər qədim tarixə malik olmuşdur.
E.ə. XIV əsrdə yer alan “Tik”lər ilə dünyada mövcud olan mədəniyyətlərin ən qədimi olan e.ə. VII əsrdə Orta Asiyada qurulan “Anav” mədəniyyəti də Türklər tərəfindən qurulmuşdur. O halda Türklər e.ə. XIV əsrdə Tiklər, e.ə. VII əsrdə Anavlar, e.ə. IV əsrdə Sakalar ilə tarixi qeydlərdə yer almaqdadırlar.
Türk kəlməsinin yazılı olaraq işlədilməsi ilk dəfə e.ə. 1328-ci ildə Çin tarixində “Tu-Kiu” şəklində qeydə alınmışdır.
E.ə. I əsrdə romalı yazarlardan biri olan Pompeius Mealanın Azak dənizinin şimalında yaşayan xalqları “Turcae” adlandıraraq bəhs etməsi ilə ilk dəfə yazılı olaraq qarşılaşırıq.
Türk adının tarix səhnəsinə çıxışı eramızın VI əsrində qurulan Göy-Türk Dövləti ilə qurulmuşdur. Orhan kitabələrində yer alan “Türk” adı daha çox “Türük” şəklində göstərilməkdədir. Bununla yanaşı, Türk kəlməsinin Türk Dövlətinin ilk dəfə rəsmi olaraq istifadə olunan siyasi təşəkkülün Göy-Türk imperatorluğu olduğu bilinməkdədir. Göy-Türklərin ilk dönəmlərində Türk sözü bir dövlət adı olaraq istifadə olunurdusa, sonradan Türk millətini ifadə etmək üçün işlənməyə başlandı.
Eramızın 585-ci ilində Çin İmperatorunun Göy-Türk Xaqanı İşbaraya yazdığı məktubda “Böyük Türk Xaqanı” deyə xitab etməsi, İşbara Xaqanın isə Çin İmperatoruna verdiyi cavab məktubunda “Türk Dövlətinin Tanrı tərəfindən qurulmasından bu yana 50 il keçdi” xitabı Türk adını rəsmiləşdirmişdir.
Göy-Türk yazılarında Türk sözü daha çox “Türk Budun” şəklində keçməkdədir. Türk Budunun isə Türk Milləti olduğu müəyyən edilib. Dolayısıyla Türk adı bu dönəmlərdə bir toplumun ismindən daha çox siyasi bir mənsubiyyəti təyin edən bir kəlmə olaraq görülməkdədir. Yəni ki, Türk soyuna mənsub olan bütün boyları və toplumları ifadə etmək üçün milli bir isim halına gəlmişdir.
Türk adına çeşidli mənbə və araşdırmalarda müxtəlif mənalar verilmişdir. XIX əsrdə A.Vamberinin yazdığı fikrə görə, Türk kəlməsi “Türemek”den yaranmışdır. Ziya Gökalp bunu “Türeli”, yəni qanun və nizam zahibi olaraq açıqlamışdır.
Ancaq Türk sözünün cins isim olaraq, “güc-qüvvət” mənasında olduğu, buradakı Türk kəlməsinin millətin adı olan “Türk” kəlməsi ilə eyni olduğu alman türkoloq Albert Von Le Coq tərəfindən irəli sürülmüşdür. Bu iddia Göy-Türk kitabələrinin tədqiqatçısı olan V.Tomsen tərəfindən qəbul edilmiş, eyni iddia G.Nemetin tədqiqləri ilə də isbat edilmişdir.
Ayrıca Türk kəlməsinin cins isim olaraq “Altaylı” mənasını ifadə etmək üçün 420-ci illərə aid bir fars mətnində, daha sonradan 515-ci il hadisələri ilə bağlı “Türk-Hun” (“Qüdrətli-Hun”) yazılarında da işlədilməsi məlum olmuşdur.
İran mənbələrində Türk sözü “Gözəl İnsan” mənasında işlədilir, eyni zamanda XI əsrdə Mahmud Kaşğarlı “Türk adının türklərə Tanrı tərəfindən verildiyini” qeyd edərək, bu sözün “Gənclik, qüvvət, qüdrət və yetkinlik çağı” mənasını verdiyini bir daha sübut etmişdir. Tarixçilər isə Türk kəlməsinin “Güclü-Qüvvətli” mənasını verdiyini qəbul ediblər.
Qərb tarixçiləri iddia edirlər ki, Türklərin varlığı e.ə. 2500-ci il ilə e.ə. 1700-ci illər arasındakı Afanasiyevo Mədəniyyəti ilə başlayır və e.ə. 1700 ilə e.ə. 1200-ci illər arasındakı Andronovo Mədəniyyəti ilə davam edirdi. Bu irqin savaşçı və köçəri mədəniyyətə sahib olduğu, e.ə. 1700-ci illərdən sonra kütlələr şəklində Altay Dağları ilə Tanrı Dağları arasındakı bölgəyə yayıldığı bilinməkdədir.
Türklərin də qədim ataları arasında qıyıq gözlü və brakisefal tipli insanların yer alması onların indiki Sibir və Alyaska ərazilərində yaşamalarından xəbər verməkdədir. Əldə olunan mənzərə maraqlı bir tablonu cızmış olur. Türklərin qədim babaları uzun müddət ərzində bucür yaşamış və bu mədəniyyəti heyvandarlıqla inkişaf etdirmişlər. E.ə. 450-ci illərə qədər Sibirin Tayqa iqlimində məhz türklərin yaşadığı artıq qəbul olunub. E.ə. 450-ci illərdən etibarən Monqolustana doğru hərəkət etdikləri və orada yaşayan Hind-Avropa xalqlarını oradan qaçırdıqları və o torpaqlarda məskən saldıqları bildirilir.
Jean-Paul Roux “Türklərin Tarixi” adlı kitabında Altay xalqlarının bu dönəmdəki coğrafi yerləşmələrini bucür təsvir etmişdir: “Ən qədim Orta Asiyanın insan coğrafiyası tablosu Ön-Tunguzları bugünkü Mancuriyaya, Ön-Moğolları Şərqi Moğolustan ilə Qərbi Mancusiyaya yerləşdirir. Ön-Türkləri isə Moğolustanın böyük bir bölümünə və Balkaş Gölü istiqamətində bir az daha qərbə doğru yayaraq yerləşdirir. Bundan başqa, bütün digər bölgələr isə cənubdakı və qərbdəki bozkırlar Hind-Avropalıların və paleo-Asiyalıların bölgələridir və bu bölgələrdə ən kiçik Altay yerləşməsinə hələ də rast gəlinməmişdir. Sibirdə bir vaxtlar Karasuk deyə adlandırılan (e.ə. 1200-1700-ci illər) və Yuxarı Yenisey kıyısında tapılan Minusinsk bölgəsində aparılan qazıntı işləri zamanı çıxan brakisefal skeletlərində ciddi bir artım müşahidə olunmuşdur. Bu, Ön-Türklərin sonrakı dövrlərdə bu bölgələrə yerləşməsindən xəbər verməkdədir. Tagar zamanında isə (e.ə. 700-300-cü illər) eyni vəziyyət Altay bölgəsində meydana gəlmişdir. Və nəhayət e.ə. 300-cü illərdən sonra Cənubi Sibir ilə Altay sıra dağlarının cənubunda brakisefallarda artım meydana gəlmişdir. Dolayısıyla türklərin o günə qədər şimalda yaşamış atalarının eramızın başlanğıcında, əvvəlcə yavaş-yavaş, daha sonralar isə birdən-birə qopub gələrək Balkaş Bozkırları ilə Tien-Şan dağlarının şimal bölgələrinə qədər gəldiklərini söyləyə bilərik.
Bu yeni gələnlər, önlərinə çıxan Hind-Avropalıları qovmuş, onlara qarışmış ya da onları təsir altına salaraq, öz mədəniyyət və dillərini qəbul etdirmişlər. Böyük bir ehtimal ki, qırğızlar da bu təsir altına düşmüşlər və onlarla birlikdə ilk dəfə Hind-Avropalı olan, ən azından Monqoloyit olmayan bir xalq da Türklərin arasına qatılır.“ (Səhifə 53/54)
HAŞİYƏ: Azərbaycanda qədimdən Türk tayfaları yaşayıb, məsələn aslar (uslar, oğuzlar), (as ərlər, azərlər), saklar (bugünkü Şəki sözü keçmişdə Sakaşena kimi işlənib, Sak sözündən gəlir, həmçinin Zaqatala (Sakatala), geklər (bu tayfa Göy Türklərin əcdadları olub, onlarla bağlı Azərbaycanda Göylər kəndi var (qədimdə geklər), kamaklar da qədim Türk tayfası olub, Azərbaycanda yaşayıb (qədim Şamaxı sözünün etimoloji mənası onlarla bağlıdı, kamaxa, kemaxa, şemaxa), kəngərlər də qədim zamanlardan Azərbaycanda yaşayıblar (kəngərli toponimi onlarla bağlıdır). Bir sözlə Azərbaycan qədim Türk diyarı olub.
Ön-Türklərin mədəniyyət baxımından eramızdan əvvəlki qaranlıq dövrlərə məxsus Afanasyevo mədəniyyəti, Anav Mədəniyyəti, Andronovo Mədəniyyəti, Karasuk Mədəniyyəti, Tagar Mədəniyyəti, Kelteminar Mədəniyyəti kimi sahələrdən bəhrələndiyi və Türk mədəniyyətinin bu tarixi çevrələrdən bəsləndiyi fikri irəli sürülür.
Kazım Mirşanın tezislərinə görə, türklərin alfabetik yazıdan istifadə etdiklərini göstərən əsas sübut 1970-ci ildə Qazaxıstanın Almatı şəhərində tapılan Qızıl paltarlı adam adıyla tanınan məzardakı sübutlardır. Bu məzar Almatının 50 km şimalındakı Esik qəsəbəsində tapılmışdır. Qızıl paltarlı adamın yanında özüylə birlikdə məzara qoyulmuş gümüş qabın üzərindəki iki sətirlik yazı Türkçə olaraq Kazım Mirşan tərəfindən oxunmuşdur. Qazax tarixçi prof. Dr. Olcas Süleymanov da eyni şəkildə bu sətirləri oxumuşdur. Bu tapıntı üzərində aparılan Sovet və Qazax araşdırmaları nəticəsində qızıl paltarlı adamın e.ə. 500-ci illərdən daha qədim zamanda yaşamış olduğu bildirilmişdir. Qızıl paltarlı adamla birlikdə tapılan gümüş qabdakı yazının Ön-Türk əlifbası ilə yazıldığı iddia olunur. Digər tərəfdən Kazım Mirşan kimi bəzi araşdırmaçılar fərqli bir Türk tarix yazısını irəli sürürlər. Kazım Mirşan və onun davamçıları çoxluq tərəfindən qəbul edilmiş fikirlərdən fərqli fikirlər irəli sürürlər. Onlar bugün qəbul edilən İslamdan əvvəlki Türk tarixini qətiyyən qəbul etmir və onun uydurma olduğunu irəli sürürlər.
Əslində bugün qəbul edilən tezis fərqli şəkildə ortaya qoyulub. 1930-cu illərdə meydana çıxarılan tezisə görə, e.ə. 12 000-ci illərdə Orta Asiyada bugünkü çöllərin bulunduğu yerlərdə böyük bir dəniz və böyük adalar vardı. Buralarda yaşayan və türkcə danışan tolumlar texnoloji olaraq daha inkişaf etmişdilər. Sonradan meydana gələn böyük iqlim dəyişikliyi səbəbindən (qlobal isinmə kimi) Orta Asiyadakı böyük dəniz yoxa çıxdı və ətrafında mövcud olan mədəniyyət xeyli gerilədi. Qıtlıq içində yaşayan türk qrupları başqa ölkələrə köçməyə başladılar. Bir qismi Mesopotomiyaya, bir qismi Anadoluya, bir qisim qrup isə Skandinaviyaya, digər qrup isə Yunanıstana, bəziləri İtaliyaya, bir qismi Çinə, bir qismi Koreya və Yaponiyaya, bir qismi Sibirə, bir qismi də Bering Boğazı üzərindən Amerikaya köçdülər.
Bu tezisə görə, Sümerlər, Etrükslər, Skandinaviyadakı bəzi xalqlar, Hititlər, Friqlər, Truvalılar məhz türklərdi. Yunanlar içində də tükçə danışan qruplar var idi. Bu ölkələrdəki Türklər yerli xalq arasında əriyib yox olmuşdular.
Orta Asiyada qalan xalq quraqlıq iqlimə apadtə olmuş və köçəri mədəniyyətə keçmişlər. Və bununla da bilinən Türk tarixini yaratmışlar.
Ən məşhur Ön Türklər olan Hunların yanında yaşayan və tarixi Çin mənbələrində təhrif edilən, günümüzə qədər hələ də Çin adları ilə xatırlanan bəzi tarixi toplumların da Ön Türk olduğu düşünülür. Onlardan ən tanınmışları bunlardır: Hiung-nu, Vu sun, Tukyu (Tue`kue, Tuyku ya da Tu`kut), Ti, Tili, Tiele, Beiti, Yüan yüan, Tiele (və ya Dingling. Türkiyə mənşəli tarix kitablarında Töleslər).
Coğrafi çətinliklər və iqlim dəyişikliyi kimi səbəblər üzündən Sibir və bugünkü Rusiya düzlüklərində Orta Asiya bozkırlarına endiyi düşünülən Türklər meşə ovçuluğundan köçəri çobançılığa keçid dövrünü yaşamışlar. Türk dilində meşəçilik və meşə yaşamıyla bağlı sözlərin bozkır yaşamındakı sözlərdən daha qədim olması bu keçid barədə xəbər verir. Coğrafi şərtlər və iqlim dəyişikliyi və ya bilinməyən digər səbəblərdən Türk qəbilələrinin böyük bir qismi sabit və meşəçilik həyatından çöl həyatına keçmişlər və tədricən köçəri həyata adaptə olmuşlar.
Heyvandarlıq, ovçuluq, savaş və istilalar kimi insanlığın təməl vərdişləri Orta Asiyadakı türklərin iqtisadi fəaliyyətlərinin əsasını təşkil edirdi. Ticarət ümumən türklərin yaşam tərzinə uyğun gəlmirdi. Lakin İpək Yolu və Kürk Yolunun varlığı türklər üçün vazkeçilməz olmuşdu. Bu yollardan maksimum istifadə olunması ölkənin rifah halının yüksəldilməsinə gətirib çıxardırdı.
İpək Yolundan keçən maddələr: baharat, misk, kürk, madenlər, dəri, tekstil çeşidləri, dəyərli daş-qaş, porselenlər ticari baxımdan ipəkdən daha qiymətli idi. Karvanlar türk qəbilələri üçün çox qiymətli gəlir mənbəyinə çevrilmişdi.
Bir çox qəbilələr bu əşyaların daşınması ilə məşğul olurdu. Dəvə karvanları və karvan ticarəti ekonomik həyatın böyük bir hissəsini təşkil edirdi. Çin mənbələrinə görə, çinlilər Orta Asiya toplumlarından canlı heyvan, dəri, kürk və heyvani qidalar alır və onlara əvəzində geyim əşyaları və taxıl satırlarmış.
Şəhərlərdə yaşayan xalqlar ticarətlə məşğul olardılar. Kürk Yolu və İpək Yolu üzərində bir çox şəhər və qəsəbələr inşa edilmişdi. Çin mənbələrinə görə, Kürk yolundan “sincap, qunduz və vaşak” kürklərinin ticarəti edilirdi. Uyğur dönəminin önəmli şəhərləri Karabalqasun, Beşbalıq, Turfan, Hoça və Karaçar idi.
Türk toplumlarının bir qismi də kənd və şəhərlərdə yaşayırdılar. İqlim və torpağı əlverişli olan bölgələrdə kənd təsərrüfatı ilə məşğul olurdular. Müəyyən toplumlarda ipək böcəyi yetişdirilməsi daha çox yayılmışdı. Çin qaynaqlarında Hunların buğda və darı becərməsindən də bəhs edilir. Altay və Sayan dağlarında buğda yetişdirilməsinin ən azından üç min il davam etməsi arxeoloji qazıntılar nəticəsində də sübuta yetirilmişdir. Göytürk Xaqanı Kapqan Xaqanın Çinlə imzaladığı anlaşmanın bir maddəsi də “Göytürklərə kənd təsərrüfatı və toxumluq verilməyislə” bağlı idi. Hunlar və Göytürklər zamanında kənd təsərrüfatının inkişaf etdirilməsini göstərən sübutlardan biri də “Tötö kanalları”dır. Kanalın uzunluğu 10 km qədərdir və Altay bölgəsindədir.
Uyğurların zamanında kənd təsərrüfatı ilə məşğul olan xalqlar “paxla, noxud, qarpız, yemiş və üzüm” yetişdirirdilər. Üzümdən şərab və bəhməz düzəldirdilər. Bu dönəmdə tarlaya “tarıglag”, fermerə isə “tarıgçı” deyilirdi. Sakaların istifadə etdiyi “Saban” kəlməsi Türk dilinin ən qədim kəlmələrindən biri sayılır.
Bilge Xaqanın Çindəki yaşayış tərzinə baxıb bir kənd qurmaq barədə düşündüyü zaman uyğurlarla birlikdə bir Türk məntəqəsi yaradılırdı.
Orta Asiya xalqlarının bir sənayesi olduğunu söyləmək lap yerinə düşərdi. Keçə və xalı ilə yanaşı mədən sənayesi (dəmir-tunc-qızıl və s.) sahəsindəki uğurlar da təkzibolunmazdır. Göytürklər zamanında bizanslılara dəmir də satılırdı.
Çoxu köçəri olan Orta Asiya toplumlarında dəmirçilik və mədən fəaliyyəti də inkişaf etməkdə idi. Yəhər və atçılıq əşyalarının istehsalı digər mədəniyyətlərə görə daha çox irəli getmişdi. Düzəldilən əşyaların çoxu leopard, kaplan, maral, canavar, qoyun, keçi və at orqanizmləri üçün uyğunlaşdırılırdı. Real sənət anlayışı çox dəbdə idi. Tekstil çeşidlərində geometrik şəkillər və damğalar da yer alırdı.
Çin mənbələrinə görə, Hun paytaxtlarında usta dülgərlər və taxta oymaçılar mövcud idi. Stol, kürsü, qoltuq, çarpayı kimi əşyalar Hun saraylarında və aristokrat ailələrdə istifadə olunurdu. Xalçalar artıq köçəri və oturaq həyatın ayrılmaz hissəsinə çevrilmişdi.
Düşmənləri tərəfindən “Yenilməz” adlandırılan Orta Asiya xalqları bundan məharətlə istifadə etməyi bacarırdılar. Savaş zamanı qorxunc geyimlər geyinən ordu qarşı tərəfin emosional hisslərinə qalib gələ bilirdi.
İlk Türk toplumları başıpozuq və qəzəbli bir vəhşi qrup deyil, əksinə, intizamlı və mərkəzdən idarə olunan bir orduya malik idilər. Hər bir kəs əsgər idi. Eramızdan əvvəlki dönəmdən ordu diviziya şəklində formalaşdırılırdı. O vaxtkı müşahidəçilər ordunun azla qane olmasından heyrətə gəlirdilər. Atlı süvarilərin yanında piyada əsgərlər də var idi. Çin mənbələrinə görə, səfərə çıxan Tonyukukun əsgərlərinin üçdə biri piyadalar idi. Ordu eyni zamanda iqtisadiyyat deməkdir. Ordu sürətlə yenilənən və dinamik bir güc idi. Hərəkət qabiliyyəti çox geniş idi.
Savaş alətləri qalxan, cida, qılınc idi. Qılınc küpləri əsasən heyvan fiqurlarıyla bəzədilirdi. Kurqanlarda çıxan qalıqlarda yəhərlər, at zirehləri, at geyimləri, zirehlər, qılınc, qalxan və oxlar var idi. Hamısı da türk sənətiylə işlənib hazırlanmışdı.
Çin mənbələrinə görə, Hunların və Göytürklərin bir milyona yaxın əsgəri var idi. Ən yaxşı süvari və oxçular da məhz Orta Asiya xalqlarında idi.
Türklərin istifadə etdikləri savaş taktikası arasında geriçəkilmə taktikası, Hilal taktikası, Qurd kapanı taktikası, Çölə qovma taktikası kimi manevrlər yer alırdı.
Çin mənbələrinə görə, Hun musiqisi Çin musiqisindən çox fərqli idi. Çin mənbələrində 28 çeşid Hun xalq mahnısı qeydə alınmışdı.
Həm Ön-Türk mədəniyyətində, həm də Hun və Göytürk kurqanlarında gündəlik həyatda istifadə olunan düymə, kəmər, adi şalvar, adi jaket, çəkmə və çətir aşkar olunmuşdur.
İlk Türk toplumlarında dini baxımdan Tenqricilik (Göytanrı dini) ön plana çıxmışdı. Göytürkçədə cənnət “uçmaq”, cəhənnəm isə “tamu” olaraq qəbul edilirdi. Din adamlarına “kam” deyilirdi. Bununla yanaşı “Atalar kültü” adı verilən rituallar da toplumun gündəlik həyatında yaşanan elementlərdən biri idi. Fərqli dinlər də müşahidə olunmaqda idi. Ölən adama “yuğ” adı verilən cənazə mərasimi də həyata keçirilirdi. Şamanizm də geniş yayılmış dinlərdən sayılırdı.
Şamanizmə uzun müddət ibadət edən xalqlar arasında heç şübhəsiz ki, Türklər də var idi. Qədim Türk inancı olan Tengricilikdə həmişə mövcud olmuş şamanizm inancı Şimali və Orta Asiyanın bəzi türk toplumlarında hələ də davam etdirilir. Müasir dövrdə bəzi qərb insanlarının maraqla təkrar etməyə çalışdığı inanca isə neo-şamanizm deyilir.