“Qərb Fələstin xalqının səsini eşitmək istəmir” – Əhməd Şahidov beynəlxalq konfransda çıxış edib

Fevralın 27-də Böyük Britaniyanın “Uniting for Peace” təşkilatının təşkilatçılığı ilə “Yaxın Şərq müharibəsinin genişlənməsini önləmək: İsrail və Fələstin arasında sülh üçün körpülərin qurulması” adlı beynəlxalq konfrans keçirilib. Böyük Britaniya, ABŞ, Avropa ölkələrindən və müsəlman ölkələrindən 200-ə yaxın hüquq müdafiəçisi, ekspert və jurnalistin iştirakı ilə keçirilən onlayn konfransda hüquq müdafiəçisi Əhməd Şahidov da iştirak edib.

Əhməd Şahidov çıxışında İsrailin Yaxın Şərqdəki fəaliyyətini soyqırım cinayəti kimi qiymətləndirib və beynəlxalq təşkilatların baş verənlərə susduğunu və dünyada hüquqi mexanizmlərin iflic vəziyyətə düşdüyünü bildirib. Əhməd Şahidov Fələstin xalqına humanitar yardımın çatdırılmasının İsrail tərəfindən əngəlləndiyinə diqqət çəkərək, bu müharibədə əsas hədəfin Fələstin xalqı olduğunu bildirib.