2024-cü il “Yaşıl Dünya Naminə Həmrəylik İli” üçün Azərbaycanın hədəfləri – Əhməd Şahidov şərh edir

Azərbaycanda 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb. Sərəncamda qeyd olunub ki, Azərbaycan beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verir.

Dünyanı narahat edən ekoloji problemlər və iqlim dəyişikliyi Azərbaycanı da təhdid etməkdədir. Bu baxımdan, Azərbaycanın dünya iqliminə töhfə verəcək addımlar atması və 2024-cü ildə qarşıdan duran vəzifələr barədə danışan hüquq müdafiəçisi Əhməd Şahidov ətraf mühitin mühafizəsi və təbiətin qorunması istiqamətində hər bir şəxsin üzərinə düşən öhdəliklər barədə çağırış edib.