Əhməd Şahidov ATƏT`də Türkiyə əleyhinə səslənən tənqidlərə cavab verib və KKTC vətəndaşlarının üzləşdiyi sanksiyalar barədə danışıb

Oktyabrın 6-da Polşanın paytaxtı Varşava şəhərində ATƏT-in İnsan Haqlarına dair Zirvə Toplantısı öz işinə davam edib.

Bugünkü müzakirələr “Fundamental azadlıqlar: Vicdan azadlığı, dini azadlıqlar, sərbəst toplaşmaq hüququ” mövzusunda baş tutub. Müzakirələrdə yaxından iştirak edən Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov ATƏT platformasında Türkiyə əleyhinə səslənən qərəzli tənqidlərə cavab verərək, Türkiyədə insan haqları və fundamental azadlıqlar sahəsində həyata keçirilən islahatlardan danışıb və Türkiyədə milli, dini, siyasi və irqi ayrıseçkilik olmadan, hər kəsin bərabər hüquq və azadlıqlara malik olduğunu diqqətə çatdırıb.

Daha sonra Şimali Kipr Türk Respublikası haqqında danışan Əhməd Şahidov Kipr Türklərinin fundamental azadlıqlarının pozulduğunu və adada yaşayan Türklərin sərbəst hərəkət azadlığının və beynəlxalq tədbirlərdə iştirak etmək hüququnun tanınmadığını diqqətə çatdırıb.