Ankara şəhərində Türkiyə və Azərbaycan gənclərinin əməkdaşlıq imkanları müzakirə olunub

Türkiyədə işgüzar səfərdə olan Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov Fevralın 22-də Ankara şəhərində Türkiyə Gənclər Birliyinin (TGB) Ankara şöbəsində görüş keçirib. TGB Ankara şöbəsinin rəhbəri Kayahan Çetin ilə görüşən Əhməd Şahidov Türkiyə-Azərbaycan münasibətləri və iki ölkə gənclərinin əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparıb.

Görüşdə Avropa Barış Hərəkatının rəhbəri Cavid Zeynalov da iştirak edib.