Misirin nüfuzlu Alghad kanalında gərgin debat – Vladimir Sotnikov, Tiqran Aboyan və Əhməd Şahidov

Misirin və Ərəb dünyasının nüfuzlu televiziyası sayılan Alghad kanalında canlı debat baş tutub.

Cənubi Qafqazda post-münaqişə dövrü və əməkdaşlıq perspektivləri mövzusunda keçirilən tele-debatda beynəlxalq münasibətlər üzrə tanınmış rus ekspert, professor Vladimir Sotnikov, Ermənistanda ərəbşünas ekspert kimi tanınan Tiqran Qaboyan və Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri, hüquq müdafiəçisi Əhməd Şahidov çıxış ediblər.

Gərgin şəraitdə keçən debatda azərbaycanlı hüquq müdafiəçisi Əhməd Şahidov 44 günlük müharibədə Azərbaycanın qələbə qazandığını və ərazi bütövlüyünü bərpa etdiyini bildirib və regionda birgə əməkdaşlıq üçün yeni imkanlar açıldığını vurğulayıb.

#Alghadtv #Azərbaycan #Rusiya #Ermənistan #Qarabağ #Qafqaz #sülh #müharibə #debat #Ərəb

Bu yazını Facebookda şərh et