İNSAN

Tanrı var edibdir bütün dünyanı
Hakim təyin edib bura insanı.
Haqqa tapınmalı, haqdan doğmalı
İnsanın əməli, vücudu hər an
Özünə qiymət ver, kamil ol insan.
*****
Varlığın da günahınla başladı,
Pozdun İlahinin ilk qanunu,
Bölündün, yaşadın sən ayrı-ayrı,
Doğuşun tam ayrı, ölümün ayrı
Günah tək yazılıb, təmiz ol insan.
*****
Bir nəfsinə sahib ola bilmədin,
Bölündün dinlərə, təriqətlərə,
Ayrıldın xalqlara, həm millətlərə
O andan başladı nifaq, ixtişaş
Qəsb etdin, öldürdün, ey qatil insan.
*****
Yığdın bu dünyanın var-dövlətini,
Unutdun şərəfini, unutdun qeyrətini.
Ömrü sona vurub, can verəndə də
Varis etdin bütün səltənətini
Quru canla getdin, tamahkar insan.
*****
Cənnət-cəhənnəmdir həyatın sonu,
Ora gedib-gələn yoxdur ki, onu
Anlatsın, bildirsin cahil insana
Əl çəksin haramdan, gəlsin imana
Yenə əvvəlki tək saf olsun insan.
*****
Nə qədər gec deyil, ayıl qəflətdən,
Bir başını qaldır, səmaya sən bax.
Gör ki, səni bir heçdən xəlq etdirən
Nələri bəxş etmiş sənə həyatda.
Sənə ürək vermiş, sənə can vermiş,
Sənə yaşamağa və yaratmağa,
Ağıl işlətməyə hər imkan vermiş.
Bəlkə də həyatda bir ömür boyu,
İmkansız olanı çox asan vermiş.
Qədrini bil sənə verilənlərin,
Çünki, cəzası var bu əməllərin.
Axirət günündə, hesab zamanı
Təmiz ol, pak ol ki, cənnəti qazan
Allah səni sevsin, sən Onu insan!

Əhməd ŞAHİDOV
13 İyun 2010-cu il, saat 21:05, Bakı, Azərbaycan
Bu yazını Facebookda şərh et