YENƏ SƏNSİZ

Yenə sənsiz, yenə tənha oturmuşam özüm üçün,
Səni tez-tez xatırlayıb, istəyirəm sevgim üçün
Çıxım gedim yer üzündən, gəlim səni göydə tapım
Sənsiz keçən bu günlərin qisasını yerdən alım.
Bir çay süzüb oturmuşam sakit-sakit ağac altda,
Yarpaqların xışıltısı nəsə deyir, duyammıram
Xəyallarım uzaqlarda, hey axtarır, gəzir səni
Sənsizliyin yuxusundan istəsəm də, oyanmıram.
İstəmirəm bu yuxudan oyanım ki, yoxsan artıq,
Yoxdur mənim rahatlığım, yoxdur xoşbəxtliyim artıq.
İstəsəm də bacarmıram, əvvəlki tək olammıram,
Sənsizliyə alışıram, kiçilirəm, heçəm artıq.
Yadındadır, bir gün səhər tezdən sənə zəng etmişdim?
Şirin yuxudan oyadıb, “Səni sevirəm” demişdim.
Sən də gülərək sevgimə eyni cavabı vermişdin.
Bəs nə oldu, niyə artıq həmin səhərlər açılmır?!
Niyə artıq əllərindən tutub gəzə bilməyim ki?!
Niyə daha gözlərindən öpüb doya bilməyim ki?!
Niyə bizim xəyallarda qurduğumuz dağılsın ki?!
Niyə iki sevən gəncin eşq yolları ayrılsın ki?!
Bu niyələr, bu suallar yorub artıq, yorub məni
Süzdüyüm çay da soyuyub, istəmir ki, içim onu
İstəmir ki, soyuq olan dodaqlarım buz bağlasın.
Ürəyimə yoldaş olub gözlərim də yaş ağlasın.
Ağaclar da bezim məndən, məni qəmgin görməyindən
Budaqlar da boynu bükük, az qalsın ki, yerə dəysin
Ağlamaqdan lap bezmişəm, unutmuşam ətrafımı,
Eşitmirəm nə ağacın, nə də yarpaqların səsin.
İstəyirəm gecə vaxtı sənə bir şeir həsr edəm
Amma əllərim titrəyir, yazammıram bir kəlmə də.
Yazammıram yoxluğundan, yazammıram sənsizlikdən,
Bir gün belə görməyəndə dəli olan o Əhmədin
İllərdir ki, həsrət qalan sevgisindən, hisslərindən.
Məndən şeir istəyən dost, dediklərim şeir olsun.
Nakam qalmış məhəbbəti, daşa dəymiş bu sevgini
Dinləyəndə, oxuyanda qoy sənin də gözün dolsun.
Sən də ağla mənim kimi, bu dərdimə gəl şərik ol,
Saf duyğuyla sevgi yaşa, sən də sevil, sev mənim tək,
Mən sevgidə nakam oldum, sən isə sev və xoşbəxt ol!

Əhməd ŞAHİDOV
10 İyun 2010-cu il, saat 02:58, Bakı, Azərbaycan

Bu yazını Facebookda şərh et