Əhməd Şahidov koronavirus pandemiyası ilə bağlı Qax sakinlərinə müraciət etdi

Əslən Qax rayonundan olan tanınmış hüquq müdafiəçisi Əhməd Şahidov bugün Qax sakinlərinə video müraciət edib. Bütün dünyada yayılmaqda olan Koronavirus (COVID-19) pandemiyası ilə bağlı qaxlılara çağırış edən Əhməd Şahidov Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi qaydalara əməl etməyə və canlı təması minimuma endirərək evdə qalmağa səsləyib.