Əhməd Şahidov Novruz Bayramı ərəfəsində Qax rayonu sakinləri ilə görüşüb

Əslən Qax rayonundan olan tanınmış hüquq müdafiəçisi Əhməd Şahidov Novruz Bayramı ərəfəsində Qax rayonunda olub və yerli sakinlərlə ayaqüstü görüşlər keçirib. Səmimi şəkildə keçən görüş zamanı Novruz təbriklərini çatdıran Əhməd Şahidov Qax sakinlərini düşündürən məsələlərlə bağlı sualları cavablandırıb və hər zaman qaxlıların yanında olacağını bildirib.