“Biz heç vaxt Azər Kərimliyə səs verməmişik, amma hər seçkidə yenə gəlir” – Dəymədağlı kənd camaatı

112 saylı Qax seçki dairəsindən deputatlığa namizəd, tanınmış hüquq müdafiəçisi Əhməd Şahidov Qax rayonu Dəymədağlı kəndində olub və kənd sakinləri ilə ayaqüstü görüş keçirib. Kəndin qayğıları ilə maraqlanan Əhməd Şahidova məlumat verilib ki, kəndin bağçası çox bərbad vəziyyətdədir və deputat Azər Kərimli hələ 10 il əvvəl kəndə gələndə söz vermişdi ki, bağçanı təmir elətdirəcək. O gedən getdi, bağça isə hələ də dözülməz vəziyyətdədir. Amma seçki yaxınlaşır deyə, Azər Kərimli yenə gəlmişdi kəndimizə ki, mənə səs verin.

Qeyd edək ki, Əhməd Şair oğlu ŞAHİDOV 1982-ci ildə Qax rayonunda anadan olub. Bakı Slavyan Universitetinin bakalavr, magistratura və aspirantura pillələrini bitirib. Filologiya üzrə Fəlsəfə Doktoru elmi dərəcəsini müdafiə edib. Daha sonra Moskva şəhərində Rusiya Federasiyası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət Hüququ” fakültəsini bitirib.

Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun direktoru, eyni zamanda Azərbaycanlı Əsir və Girovlarla bağlı Məlumat Mərkəzinin koordinatorudur. Dünyanın 65 ölkəsində beynəlxalq təşkilatlarda Azərbaycanın milli maraqları, Dağlıq Qarabağ münaqişəsi, azərbaycanlı əsir və girovlarla bağlı çoxsaylı çıxışlar edib.

Evlidir, 2 övladı var. Rus, ingilis dillərində sərbəst danışır.

www.shahidov.com