Əhməd Şahidov Qax rayonu Qazmalar kənd məscidini ziyarət edib: “Bu məscidi görüb ürəyim sızladı”

112 saylı Qax seçki dairəsindən deputatlığa namizəd, tanınmış hüquq müdafiəçisi Əhməd Şahidov Qax rayonu Qazmalar kəndində olub və kəndin məscidini ziyarət edib. Son 30 ildir dağılmış vəziyyətdə olan Qazmalar kənd məscidinin hazırkı durumu ürək sızladır. Kənd məscidinin təmiri və ya yeni məscidin inşası məsələsini qaldıran Əhməd Şahidov bununla bağlı aidiyyatı dövlət qurumlarına müraciət edəcəyini də bildirib.

Qeyd edək ki, Əhməd Şair oğlu ŞAHİDOV 1982-ci ildə Qax rayonunda anadan olub. Bakı Slavyan Universitetinin bakalavr, magistratura və aspirantura pillələrini bitirib. Filologiya üzrə Fəlsəfə Doktoru elmi dərəcəsini müdafiə edib. Daha sonra Moskva şəhərində Rusiya Federasiyası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət Hüququ” fakültəsini bitirib.

Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun direktoru, eyni zamanda Azərbaycanlı Əsir və Girovlarla bağlı Məlumat Mərkəzinin koordinatorudur. Dünyanın 65 ölkəsində beynəlxalq təşkilatlarda Azərbaycanın milli maraqları, Dağlıq Qarabağ münaqişəsi, azərbaycanlı əsir və girovlarla bağlı çoxsaylı çıxışlar edib.

Evlidir, 2 övladı var. Rus, ingilis dillərində sərbəst danışır.

www.shahidov.com