Əhməd Şahidov Qaxın Lələli kəndində evi yanan ailəni ziyarət edib: “Evdən heç nə çıxara bilmədik”

112 saylı Qax seçki dairəsindən deputatlığa namizəd, tanınmış hüquq müdafiəçisi Əhməd Şahidov Qax rayonu Lələli kəndində evi yanmış ailəni ziyarət edib. Kənd sakini Xəlilov Taleh Ümid oğlunun evi ötən həftə səhər saatlarında elektrik naqillərində çıxan nasazlıq səbəbindən yanıb kül olub. Ev sahibinin sözlərinə görə, yanğın qəfil başladığından ailə üzvləri evdən heç nə çıxara bilməyiblər. Ailəyə məxsus bütün sənədlər, qızıl-zinət əşyaları və digər şəxsi əşyalar yanaraq kül olub.

Qeyd edək ki, Əhməd Şair oğlu ŞAHİDOV 1982-ci ildə Qax rayonunda anadan olub. Bakı Slavyan Universitetinin bakalavr, magistratura və aspirantura pillələrini bitirib. Filologiya üzrə Fəlsəfə Doktoru elmi dərəcəsini müdafiə edib. Daha sonra Moskva şəhərində Rusiya Federasiyası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət Hüququ” fakültəsini bitirib.

Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun direktoru, eyni zamanda Azərbaycanlı Əsir və Girovlarla bağlı Məlumat Mərkəzinin koordinatorudur. Dünyanın 65 ölkəsində beynəlxalq təşkilatlarda Azərbaycanın milli maraqları, Dağlıq Qarabağ münaqişəsi, azərbaycanlı əsir və girovlarla bağlı çoxsaylı çıxışlar edib.

Evlidir, 2 övladı var. Rus, ingilis dillərində sərbəst danışır.

www.shahidov.com

Bu yazını Facebookda şərh et