Əhməd Şahidov qaxlılara yekun müraciətini etdi: “Seçkilər ölkə başçısının şəxsi nəzarətindədir”

112 saylı Qax seçki dairəsindən deputatlığa namizəd, tanınmış hüquq müdafiəçisi Əhməd Şahidov bugün Qax sakinlərinə yekun müraciətini edib. 9 Fevral seçkilərinin ölkə başçısı İlham Əliyevin şəxsi nəzarətində olduğunu deyən deputatlığa namizəd hamının səsvermədə iştirak etməsinin vacibliyini qeyd edib və bildirib ki, bu seçkilər hamımız üçün sınaq imtahanı olacaq – Dövlətə və onun başçısına sadiqliq imtahanı verəcəyik.

Qeyd edək ki, Əhməd Şair oğlu ŞAHİDOV 1982-ci ildə Qax rayonunda anadan olub. Bakı Slavyan Universitetinin bakalavr, magistratura və aspirantura pillələrini bitirib. Filologiya üzrə Fəlsəfə Doktoru elmi dərəcəsini müdafiə edib. Daha sonra Moskva şəhərində Rusiya Federasiyası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət Hüququ” fakültəsini bitirib.

Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun direktoru, eyni zamanda Azərbaycanlı Əsir və Girovlarla bağlı Məlumat Mərkəzinin koordinatorudur. Dünyanın 65 ölkəsində beynəlxalq təşkilatlarda Azərbaycanın milli maraqları, Dağlıq Qarabağ münaqişəsi, azərbaycanlı əsir və girovlarla bağlı çoxsaylı çıxışlar edib.

Evlidir, 2 övladı var. Rus, ingilis dillərində sərbəst danışır.

www.shahidov.com