112 saylı Qax seçki dairəsindən deputatlığa namizəd, tanınmış hüquq müdafiəçisi Əhməd Şahidov Qax rayonu Əmbərçay kəndində olub və kənd ağsaqqalının evini ziyarət edib. Əmbərçay kəndinin qayğıları ilə maraqlanan Əhməd Şahidov bildirib ki, Prezident İlham Əliyevin iştirakı ilə açılışı olan Qax Damazlıq İpəkçilik Stansiyasının ölkədə baramaçılığın inkişafına, məhsuldarlığın artmasına yüksək təsir göstərməklə yanaşı Qaxın Əmbərçay kəndinin yerli sakinlərinin işlə təmin olunmasına da çox böyük təsiri olub. Kənd camaatı həmin müəssisədə daimi işlə təmin olunublar.
Qeyd edək ki, Əhməd Şair oğlu ŞAHİDOV 1982-ci ildə Qax rayonunda anadan olub. Bakı Slavyan Universitetinin bakalavr, magistratura və aspirantura pillələrini bitirib. Filologiya üzrə Fəlsəfə Doktoru elmi dərəcəsini müdafiə edib. Daha sonra Moskva şəhərində Rusiya Federasiyası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət Hüququ” fakültəsini bitirib.
Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun direktoru, eyni zamanda Azərbaycanlı Əsir və Girovlarla bağlı Məlumat Mərkəzinin koordinatorudur. Dünyanın 65 ölkəsində beynəlxalq təşkilatlarda Azərbaycanın milli maraqları, Dağlıq Qarabağ münaqişəsi, azərbaycanlı əsir və girovlarla bağlı çoxsaylı çıxışlar edib.
Evlidir, 2 övladı var. Rus, ingilis dillərində sərbəst danışır.
www.shahidov.com