“Qaxda küçələri süpürürəm, 3 uşaqla çox çətindir dolanmaq” – Kirayədə qalan fədakar ana

112 saylı Qax seçki dairəsindən deputatlığa namizəd, tanınmış hüquq müdafiəçisi Əhməd Şahidov Qax şəhərində yaşayan aztəminatlı ailəni ziyarət edib. Qax Kommunal Müəssisələri Kombinatında küçə təmizləyən işində çalışan 3 uşaqlı gənc bir ananın yaşayış şəraiti ilə yaxından maraqlanan Əhməd Şahidov ailənin sosial təminatının olmadığını, yerli qurumların bu ailəyə heç bir yardım etmədiyini və illərdir ki, ailənin ev şəraitinin yaxşılaşdırılması istiqamətində heç bir addım atılmadığını öyrənib.

Qeyd edək ki, Əhməd Şair oğlu ŞAHİDOV 1982-ci ildə Qax rayonunda anadan olub. Bakı Slavyan Universitetinin bakalavr, magistratura və aspirantura pillələrini bitirib. Filologiya üzrə Fəlsəfə Doktoru elmi dərəcəsini müdafiə edib. Daha sonra Moskva şəhərində Rusiya Federasiyası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət Hüququ” fakültəsini bitirib.

Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun direktoru, eyni zamanda Azərbaycanlı Əsir və Girovlarla bağlı Məlumat Mərkəzinin koordinatorudur. Dünyanın 65 ölkəsində beynəlxalq təşkilatlarda Azərbaycanın milli maraqları, Dağlıq Qarabağ münaqişəsi, azərbaycanlı əsir və girovlarla bağlı çoxsaylı çıxışlar edib.

Evlidir, 2 övladı var. Rus, ingilis dillərində sərbəst danışır.

www.shahidov.com