“Hamımız bu torpağın övladıyıq” – Əhməd Şahidov Qaxdakı azsaylı xalqların nümayəndələrinə müraciət edib

112 saylı Qax seçki dairəsindən deputatlığa namizəd, tanınmış hüquq müdafiəçisi Əhməd Şahidov Qax rayonunda yaşayan azsaylı xalqların nümayəndələrinə müraciət edib. Azərbaycanın bütün dünyada multikulturalizm və birgəyaşayışın vətəni olduğunu diqqətə çatdıran Əhməd Şahidov Qax rayonunu multikulturalizmin mərkəzi adlandırıb və Qaxda yaşayan bütün xalqların dostluq və qardaşlıq şəraitində yaşadıqlarını bildirib.

Qeyd edək ki, Əhməd Şair oğlu ŞAHİDOV 1982-ci ildə Qax rayonunda anadan olub. Bakı Slavyan Universitetinin bakalavr, magistratura və aspirantura pillələrini bitirib. Filologiya üzrə Fəlsəfə Doktoru elmi dərəcəsini müdafiə edib. Daha sonra Moskva şəhərində Rusiya Federasiyası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət Hüququ” fakültəsini bitirib.

Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun direktoru, eyni zamanda Azərbaycanlı Əsir və Girovlarla bağlı Məlumat Mərkəzinin koordinatorudur. Dünyanın 65 ölkəsində beynəlxalq təşkilatlarda Azərbaycanın milli maraqları, Dağlıq Qarabağ münaqişəsi, azərbaycanlı əsir və girovlarla bağlı çoxsaylı çıxışlar edib.

Evlidir, 2 övladı var. Rus, ingilis dillərində sərbəst danışır.

www.shahidov.com