Əhməd Şahidov Qax şəhər 2 nömrəli məktəb-liseyin müəllim kollektivi qarşısında tarixi çıxış edib

112 saylı Qax seçki dairəsindən deputatlığa namizəd, tanınmış hüquq müdafiəçisi Əhməd Şahidov Qax şəhəri Namiq Allahverdiyev adına 2 nömrəli məktəb-liseyin müəllim kollektivi ilə görüşüb. Səmimi ab-havada keçən görüş zamanı Qax müəllimlərini düşündürən məsələlər ətrafında fikir və düşüncələrini bölüşən Əhməd Şahidov seçkilərdə qələbə qazanacağı təqdirdə növbəti 5 ildə Qax rayonu ilə bağlı plan və niyyətlərini bölüşüb.

Qeyd edək ki, Əhməd Şair oğlu ŞAHİDOV 1982-ci ildə Qax rayonunda anadan olub. Bakı Slavyan Universitetinin bakalavr, magistratura və aspirantura pillələrini bitirib. Filologiya üzrə Fəlsəfə Doktoru elmi dərəcəsini müdafiə edib. Daha sonra Moskva şəhərində Rusiya Federasiyası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət Hüququ” fakültəsini bitirib.

Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun direktoru, eyni zamanda Azərbaycanlı Əsir və Girovlarla bağlı Məlumat Mərkəzinin koordinatorudur. Dünyanın 65 ölkəsində beynəlxalq təşkilatlarda Azərbaycanın milli maraqları, Dağlıq Qarabağ münaqişəsi, azərbaycanlı əsir və girovlarla bağlı çoxsaylı çıxışlar edib.

Evlidir, 2 övladı var. Rus, ingilis dillərində sərbəst danışır.

www.shahidov.com