112 saylı Qax seçki dairəsindən deputatlığa namizəd, tanınmış hüquq müdafiəçisi Əhməd Şahidov Qax rayonunun Qum kəndində şəhid İslam Yusifovun ailəsini izyarət edib. Şəhidin valideynləri ilə görüşən deputatlığa namizəd ailənin qayğıları ilə yaxından maraqlanıb. Şəhid və qazilərə dövlətin göstərdiyi diqqət və qayğıdan söz açan Əhməd Şahidov ölkə başçısı cənab İlham Əliyevin hər zaman şəhid ailələrinə xüsusi həssaslıqla yanaşdığını və bunun hamıya açıq bir mesaj olduğunu bildirib.
Qeyd edək ki, Əhməd Şair oğlu ŞAHİDOV 1982-ci ildə Qax rayonunda anadan olub. Bakı Slavyan Universitetinin bakalavr, magistratura və aspirantura pillələrini bitirib. Filologiya üzrə Fəlsəfə Doktoru elmi dərəcəsini müdafiə edib. Daha sonra Moskva şəhərində Rusiya Federasiyası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət Hüququ” fakültəsini bitirib.
Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun direktoru, eyni zamanda Azərbaycanlı Əsir və Girovlarla bağlı Məlumat Mərkəzinin koordinatorudur. Dünyanın 65 ölkəsində beynəlxalq təşkilatlarda Azərbaycanın milli maraqları, Dağlıq Qarabağ münaqişəsi, azərbaycanlı əsir və girovlarla bağlı çoxsaylı çıxışlar edib.
Evlidir, 2 övladı var. Rus, ingilis dillərində sərbəst danışır.
www.shahidov.com