112 saylı Qax seçki dairəsindən deputatlığa namizəd, tanınmış hüquq müdafiəçisi Əhməd Şahidov Qax rayonu Güllük kəndində böyük görüş keçirib. Güllük kənd tam orta məktəbində baş tutan görüşdə bir qrup kənd sakini iştirak edib. Qeyd olunub ki, dövlətimizin başçısı cənab İlham Əliyevin Qax rayonuna son səfərləri və Qax-Zaqatala magistral yolunun yüksək səviyyədə inşa edilməsi Güllük kənd sakinlərinin də həyatını xeyli asanlaşdırıb. Görüş zamanı Güllük kəndinin qayğıları və kənd sakinlərinin istəkləri barədə geniş fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, Əhməd Şair oğlu ŞAHİDOV 1982-ci ildə Qax rayonunda anadan olub. Bakı Slavyan Universitetinin bakalavr, magistratura və aspirantura pillələrini bitirib. Filologiya üzrə Fəlsəfə Doktoru elmi dərəcəsini müdafiə edib. Daha sonra Moskva şəhərində Rusiya Federasiyası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət Hüququ” fakültəsini bitirib.
Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun direktoru, eyni zamanda Azərbaycanlı Əsir və Girovlarla bağlı Məlumat Mərkəzinin koordinatorudur. Dünyanın 65 ölkəsində beynəlxalq təşkilatlarda Azərbaycanın milli maraqları, Dağlıq Qarabağ münaqişəsi, azərbaycanlı əsir və girovlarla bağlı çoxsaylı çıxışlar edib.
Evlidir, 2 övladı var. Rus, ingilis dillərində sərbəst danışır.
www.shahidov.com