Əhməd Şahidov Qax rayonu ictimaiyyəti ilə birlikdə Şəhidlər Xiyabanını ziyarət edib

20 Yanvar 1990-cu ilin Qanlı Yanvar hadisələrinin 30-cu ildönümü münasibətilə bugün Qax rayonunun Şəhidlər Xiyabanı ziyarət olunub. Əslən Qaxdan olan tanınmış hüquq müdafiəçisi Əhməd Şahidov Qax ictimaiyyətinin nümayəndələri, gənclər və Azərbaycanın bölünməzliyi uğrunda xidmətləri olan vətənpərvər insanlarla birlikdə Qaxın şəhidlərini ziyarət edib, onların ruhuna dualar oxuyublar.

Qax rayonundan olan əsir və itkin düşmüş şəxslərlə bağlı məlumat verən hüquq müdafiəçisi Əhməd Şahidov həmin şəxslərin erməni əsirliyindən azad olunması istiqamətində görülən işlərdən danışıb, Azərbaycan Dövləti və onun başçısı Cənab İlham Əliyevin Azərbaycan naminə bütün dünyada atdığı addımlar barədə ətraflı məlumat verib.