Əhməd Şahidov Qax müəllimlərinə müraciət etdi: “Təhsil verdiyiniz, tərbiyə etdiyiniz qaxlı övladınıza səs verin”

112 saylı Qax seçki dairəsindən deputatlığa namizəd, tanınmış hüquq müdafiəçisi Əhməd Şahidov Qax rayonunun müəllimlərinə video müraciət edib. Qaxda fəaliyyət göstərən 52 orta ümumtəhsil məktəbi, 5 məktəbdənkənar müəssisə və onlarla bağçada çalışan müəllim və pedaqoji kollektivə müraciət edən deputatlığa namizəd 9 Fevral tarixində keçiriləcək Milli Məclisə növbədənkənar seçkilərdə rayon müəllimlərinin də üzərinə böyük məsuliyyət düşdüyünü bildirib və Qax müəllimlərinin böyütdüyü, təhsil və tərbiyə verdiyi bir qaxlı balasına səs vermələrini istəyib.

Qeyd edək ki, Əhməd Şair oğlu ŞAHİDOV 1982-ci ildə Qax rayonunda anadan olub. Bakı Slavyan Universitetinin bakalavr, magistratura və aspirantura pillələrini bitirib. Filologiya üzrə Fəlsəfə Doktoru elmi dərəcəsini müdafiə edib. Daha sonra Moskva şəhərində Rusiya Federasiyası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət Hüququ” fakültəsini bitirib.

Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun direktoru, eyni zamanda Azərbaycanlı Əsir və Girovlarla bağlı Məlumat Mərkəzinin koordinatorudur. Dünyanın 65 ölkəsində beynəlxalq təşkilatlarda Azərbaycanın milli maraqları, Dağlıq Qarabağ münaqişəsi, azərbaycanlı əsir və girovlarla bağlı çoxsaylı çıxışlar edib.

Evlidir, 2 övladı var. Rus, ingilis dillərində sərbəst danışır.

www.shahidov.com

Bu yazını Facebookda şərh et