Qax Dövlət Kukla Teatrı Bakıda keçirilən “2+1” Teatr Festivalında “Xeyir və Şər” tamaşasını təqdim edib

Qax Dövlət Kukla Teatrının yaradıcı kollektivi Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə dekabrın 6-da Bakıda keçirilən “2+1” III Eksperimental Teatr Festivalında tamaşaçılara Nizami Gəncəvinin “Xeyir və Şər” əsəri əsasında səhnələşdirilmiş eyniadlı tamaşanı təqdim edib.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə teatrın direktoru Nazim Mahmudov məlumat verib.

Teatrın rejissoru, Əməkdar artist Yusif Abdurahmanovun quruluş verdiyi tamaşada əsas rolları Orxan Əminov, Nuru Mustafayev, Araz Mehrablı və Azər Kərimov ifa edib. Tamaşanın rəssamı Mayis Abdullayevdir.

Tamaşanı izləyənlər arasında hüquq müdafiəçisi Əhməd Şahidov, Azərbaycan Diasporu İnformasiya Mərkəzinin direktoru Toğrul Allahverdili və Bakı Dövlət Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin fəal üzvləri də olub.