Əhməd Şahidov Sarıbaş kənd məktəbini ziyarət etdi: “Təhsil ocağı bu vəziyyətdə olmamalıdır”

Əslən Qax rayonundan olan tanınmış hüquq müdafiəçisi Əhməd Şahidov Qax rayonunun Sarıbaş kəndini ziyarət edib və kənd orta məktəbinə baş çəkib. Sarıbaş kənd məktəbinin istifadəsiz qaldığını və tam yararsız olduğunu görən Əhməd Şahidov bu təhsil ocağı ilə bağlı video müraciət yayıb və aidiyyatı qurumlara çağırış edib.

Sarıbaş kəndinin boşalmasının əsas səbəbi kimi kəndə gəliş-gedişin çətin və yolların keçilməz olmasını deyən Əhməd Şahidov Sarıbaş kənd orta məktəbinin istifadəsiz qalmasının kənd camaatının öz ev-eşiklərini tərk etməsinə təsir etdiyini bildirib.