Əslən Qax rayonundan olan hüquq müdafiəçisi Əhməd Şahidov müqəddəs Qurban Bayramı münasibətilə Qax sakinlərini və qaxlıların timsalında bütün Azərbaycan xalqını təbrik edib. Qurban Bayramını Qaxda keçirən Əhməd Şahidov sıravi qaxlılarla görüşüb, onlarla hal-əhval tutub və rayon camaatının qayğıları ilə maraqlanıb.
Qurban Bayramının əhəmiyyəti barədə fikirlərini bölüşən hüquq müdafiəçisi dini və milli mənsubiyyətindən asılı olmayaraq, bütün insanları təbrik edib və xoş arzularını çatdırıb. Qurban Bayramının saflıq, paklıq və ədalət rəmzi olduğunu diqqətə çatdıran Əhməd Şahidov Qax camaatının bu dəyərlərə hər zaman sadiq qaldıqlarını vurğulayıb.
Daha sonra Qaxdakı məscidlərin vəziyyəti barədə söz açan Əhməd Şahidov bəzi kənd məscidlərinin təmirsiz olduğunu və uçmaq təhlükəsi ilə üzləşdiyini də bildirib.