Qaxda səfərdə olan tanınmış hüquq müdafiəçisi Əhməd Şahidov bugün Zərnə kəndində olub və növbəti dəfə kənd məscidini ziyarət edib. Zərnə kənd məscidinin istifadəyə yararsız və bərbad vəziyyətdə olduğunu bildirən və bu barədə üçüncü dəfə müraciət ünvanlayan Əhməd Şahidov Allahın Evinə biganə yanaşmanın milli-mənəvi dəyərlərimizə zidd olduğunu deyib və yerli icra hakimiyyəti orqanlarının bu barədə təşəbbüs göstərmələrini istəyib.
Öz şəxsi büdcəsi hesabına Zərnə kənd məscidini təmir etdirmək istəyini növbəti dəfə irəli sürən Əhməd Şahidov bir daha Qax rayon İcra Hakimiyyətinə müraciət edib və kənd məscidinin təmir olunmasına izn verilməsini istəyib.