ATƏT-in Minsk qrupunun həmsədrlərinin respublikamızda səfərdə olduğu bir vaxtda, mayın 30-da səhər saatlarında cəbhənin Ağdam rayonu istiqamətində düşmən tərəfindən açılan snayper atəşindən Azərbaycan Ordusunun hərbi qulluqçusu Omarov Aqil Akif oğlu şəhid olub.
Aqil Omarov Qax rayonu Lələpaşa kəndində yaylım atəşinin müşayiəti ilə torpağa tapşırılıb.
Əslən Qax rayonundan olan tanınmış hüquq müdafiəçisi Əhməd Şahidov İyunun 1-də Qax rayonuda olub və şəhid mayor Aqil Omarovun yas mərasimində yaxından iştirak edib. Şəhidin yaxınları ilə görüşən Əhməd Şahidov baş sağlığı verib və Allahdan rəhmət diləyib.
Daha sonra şəhid Aqil Omarovun məzarını ziyarət edən Əhməd Şahidov tezliklə qisasın alınacağını deyib və Azərbaycan ordusunun şahidimizin qanını yerdə qoymayacağını bildirib.