Mayın 6-da Qax rayonunda həm azərbaycanlıların, həm də gürcülərin birgə bayramı olan Kürmükoba Bayramı qeyd olunur. Bayramda dini mənsubiyyətindən asılı olmayaraq hər bir qaxlı iştirak edir. Bayram günü Kürmük məbədi ziyarət olunur.
Əslən Qax rayonundan olan tanınmış hüquq müdafiəçisi Əhməd Şahidov ənənəsinə sadiq qalaraq, bu dəfə də bayram mərasimində yaxından iştirak edir və qaxlıları Kürmükoba Bayramı münasibətilə təbrik edib.