Dekabrın 30-da əslən Qax rayonundan olan hüquq müdafiəçisi Əhməd Şahidov Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibəti ilə Qax camaatını təbrik edib. Qaxlılara ən səmimi arzularını çatdıran Əhməd Şahidov 2018-ci ilin Qax rayonu üçün əhəmiyyəti barədə danışıb, ölkə başçısı Cənab İlham Əliyevin Qax rayonuna səfərləri, yeni salınan magistral yollar və tikinti-abadlıq işləri haqqında söz açıb, qarşıda duran vəzifələrdən danışıb.
2018-ci ildə ölkə daxilində və Azərbaycandan kənardakı fəaliyyəti barədə söz açan Əhməd Şahidov hər zaman Qaxı və qaxlıları da diqqətdə saxladığını və 2019-cu ildə də bu istiqamətdə fəaliyyətini davam etdirəcəyini və Qax camaatının maraqlarını müdafiə edəcəyini bildirib.