Əhməd Şahidov Böyük Britaniya Parlamentinin üzvü Fabian Hamiltonla görüşüb

Böyük Britaniyada işgüzar səfərdə olan Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov ötən gün Böyük Britaniya Parlamentinin üzvü, Leyboristlər Partiyasından olan deputat cənab Fabian Hamilton ilə görüşüb. Rəhbərlik etdiyi təşkilat barədə məlumat verən hüquq müdafiəçisi Azərbaycanın üzləşdiyi Dağlıq Qarabağ münaqişəsi və onun humanitar fəsadlarından söz açıb. Azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyev barədə danışan Əhməd Şahidov Böyük Britaniya ictimaiyyətinin bu barədə məlumatlandırılmasının vacibliyini qeyd edib.

Azərbaycanlı hüquq müdafiəçisi ilə tanışlıqdan məmnunluğunu ifadə edən cənab Fabian Hamilton özünün eyni zamanda sülh və təhlükəsizlik məsələləri üzrə ixtisaslaşdığını diqqətə çatdırıb və azərbaycanlı girovlarla bağlı araşdırma aparacağını bildirib.

Bu yazını Facebookda şərh et