Müqəddəs Qurban Bayramı münasibətilə Qax rayonunda yaşayan aztəminatlı ailələr ziyarət olunub və onlara bayram sovqatı – Qurban əti və gündəlik tədarük malları çatdırılıb. Bir qrup qaxlı gəncin təşəbbüsü ilə baş tutan aksiya zamanı rayonun xüsusən də aztəminatlı ailələrinin gündəlik ehtiyacları qarşılanıb.
Saflıq, paklıq və mərhəmət rəmzi olan Qurban Bayramı münasibətilə bütün Qax camaatını və qaxlıların timsalında bütün Azərbaycan xalqını ürəkdən təbrik edirik. Allah bütün saf niyyət və dualarınızı qəbul eləsin!