Estoniyanın Baş naziri və Avropa İttifaqının Cənubi Qafqaz siyasətində fəal fiqurlardan biri olan Kaya Kallasın Ermənistana səfəri regionda və beynəlxalq səviyyədə diqqət çəkib. Səfərin Ermənistan daxilində gərgin siyasi vəziyyət və Azərbaycan-Ermənistan sülh danışıqlarının intensivləşdiyi dövrə təsadüf etməsi bu səfərə xüsusi məna qazandırıb.
Mövzu ilə bağlı ARB24 Televiziyasına Vaşinqtondan canlı bağlanan siyasi şərhçi Əhməd Şahidov bildirib ki, bu səfər Qərbin Paşinyan hökumətinə açıq siyasi dəstəyinin göstəricisidir: “Ermənistanda Paşinyan ciddi daxili təzyiqlərlə üzləşir. Kaya Kallasın belə bir zamanda səfəri Qərbin bu hakimiyyətə arxa durduğunu nümayiş etdirir. Bu, həm də Azərbaycan-Ermənistan sülh danışıqlarında Qərbin fəal rolunun gücləndirilməsi məqsədi daşıyır.”
Əhməd Şahidov əlavə edib ki, səfər çərçivəsində Ermənistanla Avropa İttifaqı arasında təhlükəsizlik sahəsində yeni razılaşmalar da müzakirə olunacaq və yaxın dövrdə bu istiqamətdə konkret addımlar gözlənilir.
Siyasi şərhçi qeyd edib ki, Azərbaycan bu prosesləri diqqətlə izləməli və öz maraqlarını qorumaq üçün diplomatik fəallığını artırmalıdır.






