Dünyanın iki super gücü sayılan ABŞ və Çin arasında rəqabət artmaqdadır. Xüsusən də, Mərkəzi Asiya regionu bu mübarizənin mərkəzindədir. Əfqanıstandan çıxdıqdan sonra ABŞ`ın Mərkəzi Asiya dayaqları zəifləməkdədir. Lakin Donald Tramp administrasiyası Mərkəzi Asiya ilə bağlı yenidən fəaliyyətə başlamaq fikrindədir.
Mövzu ilə bağlı Misirin Al Qahera News kanalında müzakirə təşkil olunub. Müzakirələrdə yaxından iştirak edən hüquq müdafiəçisi Əhməd Şahidov ABŞ və Çin arasında yaşanan rəqabət barədə danışıb və bu iki super gücün Mərkəzi Asiya ölkələrinə təsir imkanlarını şərh edib.