“AŞPA`da Gürcüstana qarşı sanksiyalar tətbiq edilə bilər” – Əhməd Şahidov Strasburqdan ARB24 kanalına danışıb


Gürcüstanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin səlahiyyətlərinin məhdudlaşdırılması təklif edilib. Yanvarın 27`də işə başlayan AŞPA-nın Qış Sessiyası zamanı 30-dan artıq ölkənin dəstəyi ilə Gürcüstanın nümayəndə heyətinin səlahiyyətlərinə yenidən baxılması üçün iş aidiyyəti komissiyaya göndərilib. Qərar müsbət olduğu halda Gürcüstan nümayəndə heyəti AŞPA-nın sessiyalarında iştirak edə biləcək, lakin səsvermə hüququnu itirəcək.

Hazırda Fransanın Strasburq şəhərində olan və AŞPA`nın Qış Sessiyasında yaxından iştirak edən hüquq müdafiəçisi Əhməd Şahidov ARB24 Televiziyasına açıqlama verib və AŞPA`nın Gürcüstana qarşı tətbiq edəcəyi sanksiyalar barədə danışıb.