AŞPA`nın Qış Sessiyasında Azərbaycana qarşı yeni qərarlar qəbul oluna bilər – Əhməd Şahidov Strasburqdan ARB24 kanalına danışıb

Sentyabrın 27`də Fransanın Strasburq şəhərində Avropa Şurası Parlament Assambleyasının Qış Sesiyası öz işinə başlayıb. Ötən il Azərbaycan nümayəndə heyətinin AŞPA`dakı fəaliyyəti 12 aylıq müddətə dondurulmuşdu. Bu müddət bugün sona çatır. Lakin Azərbaycana qarşı yeni qərarların qəbul olunacağı və yeni məhdudiyyətlərin tətbiq ediləcəyi gözlənilir.

Hazırda Fransanın Strasburq şəhərində olan və AŞPA`nın Qış Sessiyasında yaxından iştirak edən hüquq müdafiəçisi Əhməd Şahidov ARB24 Televiziyasına müsahibə verib və Azərbaycan-Avropa Şurası münasibətləri barədə fikirlərini bölüşüb.