ABŞ`ın xarici siyasətində və dünyada çox şey dəyişəcək – Əhməd Şahidov CGTN Türk kanalına danışıb

ABŞ-da prezident seçkiləri davam edir. Bu günə qədər erkən səsvermə hüququndan istifadə etmiş 80 milyon ABŞ vətəndaşı artıq öz seçimini edib. Bu gün isə seçki günüdür. Bütün dünyanın səbirsizliklə gözlədiyi seçkilərin qalibi kim olacaq? Donald Tramp yoxsa Kamala Harris?

Hazırda Vaşinqtonda olan və seçkiləri yaxından izləyən insan haqları müdafiəçisi Əhməd Şahidov CGTN Türk kanalında ABŞ-dakı seçki prosesini dəyərləndirib.