Bakıda keçirilən COP29-dan böyük gözləntilər var – Əhməd Şahidov Misirin QNews kanalına danışıb

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransı və ya COP29 Bakıda öz işinə başladı. ABŞ`da Donald Trampın prezident seçkilərində qələbəsindən bir neçə gün sonra başlayan toplantı Yer kürəsinin iqlim dəyişikliyi ilə mübarizədə kritik qərarlar qəbul etməli olduğu bir vaxtda keçirilir.

Bakıda keçirilən COP29 konfransı barədə Misirin QNews kanalına danışan hüquq müdafiəçisi və siyasi şərhçi Əhməd Şahidov Azərbaycanda aparılan müzakirələrdən yüksək nəticələr gözlədiklərini və bütün bəşəriyyətin iqlim dəyişikliyinin fəsadlarına qarşı birgə mübarizə aparmalı olduqlarını bildirib.