ABŞ`da prezident seçkilərinin keçirilməsinə 4 gün qalır. Artıq 66 milyon ABŞ vətəndaşı erkən səsvermə hüququndan istifadə edərək, öz seçimlərini ediblər. Seçki günü yaxınlaşdıqca, namizədlər arasında qarşılıqlı ittihamlar artmaqdadır, hətta Donaldt Tramp və Kamala Harris bir-birinin ünvanına təhqir və iftira da səsləndirirlər.
Hazırda Vaşinqton`da olan hüquq müdafiəçisi Əhməd Şahidov seçki öncəsi vəziyyət barədə fikirlərini Ulusal Kanal Televiziyasına bölüşüb.