“Gənclər nə istəyir?” – Deputatlığa namizəd Əhməd Şahidov Şəki rayonu Şin kəndində gənclərlə fikir mübadiləsi aparıb

113 saylı Qax-Şəki seçki dairəsindən deputatlığa namizəd Əhməd Şahidov Şəki rayonunun kəndlərində görüşlərini davam etdirir.

Şəki rayonu Şin kəndini ziyarət edən və yerli sakinlərlə görüşlər keçirən Əhməd Şahidov kəndin bir qrup gənci ilə bir araya gəlib, onların qayğıları və gələcək planları barədə danışıb. Şin kəndinin gəncləri kəndin ümumi qayğıları ilə yanaşı, özlərinin də şəxsi məsələlərini dilə gətiriblər.

1 Sentyabrda keçiriləcək Milli Məclisə növbədənkənar seçkilərdə qələbə qazanacağı təqdirdə Şin kəndinin qayğılarını daim diqqətdə saxlayacağını bildirən Əhməd Şahidov gəncləri maraqlandıran sualları cavablandırıb.

#Qax #Şəki #seçki #MilliMəclis #Parlament #Azərbaycan #deputat #millətvəkili #ƏhmədŞahidov #rayon #kənd #seçkilər