“Fransanın Cənubi Qafqaz siyasəti yeni eskalasiyaya gətirib çıxaracaq” – Əhməd Şahidov AŞPA`dan ARB24 kanalına danışıb

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova jurnalistin suallarını cavablandırarkən bildirib ki, Fransa Ermənistanın maraqlarını, erməni xalqının maraqlarını deyil əsas tutmur, Paris İrəvanı öz fürsətcil məqsədlərinə çatmaq üçün vasitə kimi istifadə etməyə çalışır.

Hazırda Fransanın Strasburq şəhərində Avropa Şurası Parlament Assembleyasının Yay Sessiyasında iştirak edən hüquq müdafiəçisi Əhməd Şahidov ARB24 Televiziyasına müsahibəsində bildirib ki, Fransa heç vaxt vasitəçi kimi üzərinə düşən vəzifəni yerinə yetirməyib və daima Ermənistan üzərindən Cənubi Qafqazda söz sahibi olmağa çalışıb. Bugün Bakı və İrəvan arasında sülh danışıqlarının getdiyi bir vaxtda Ermənistana hücum silahları verməsi əslində Fransanın bölgədə yeni eskalasiyada maraqlı olduğunu göstərir.