ARB24 Televiziyasının “Nə baş verir?” proqramında Ermənistanda davam edən etiraz aksiyaları fonunda Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası prosesi və iki ölkə arasında sülh müqaviləsinin imzalanması məsələsi müzakirə olunub.
Mövzu ilə bağlı fikirlərini bölüşən siyasi şərhçi Əhməd Şahidov bildirib ki, Ermənistandakı etirazlar müvəqqəti xarakter daşıyır və iki ölkə arasındakı sülh prosesinə təsir etməyəcək. İstənilən halda, qısa bir zamanda Azərbaycan və Ermənistan sərhədlərin delimitasiyasını bitirməli və sülh razılaşması imzalanmalıdır. Bundan sonra isə tərəflər arasında Zəngəzur Koridorunun açılması gündəmə gələcək.