Norveç, İrlandiya və İspaniya Fələstini suveren ölkə kimi tanıyıb. Bu barədə hər üç ölkənin dövlət başçıları bəyan ediblər. İsrail isə həmin ölkələrlə bütün diplomatik əlaqələri kəsməyi düşünür.
Mövzu ilə bağlı ANews kanalına açıqlama verən siyasi şərhçi Əhməd Şahidov bildirib ki, Yaxın Şərqdə münaqişə davam etdikcə dünya ölkələrinin Fələstinə dəstəyi artmaqda davam edəcək. Çünki, artıq bütün dünyada İsrailin işğalçı bir ölkə olduğunu qəbul etməyə başlayıblar. Bugün İsrail ordusunun Qəzza və digər şəhərlərdə həyata keçirdiyi soyqırım və qətliam cinayətləri dinc sakinlərə qarşı yönəlib və dünya da bunu görür.