Gecələr dərdimi kimə söyləyim? Dərd də atıb gedir məni gecələr. Çox yalnızam, bilmirəm hara gedim Küçələr də görmür məni gecələr. Axşam düşür, hər yan olur qaranlıq, Gözüm ondan başqa kimsəni görmür. El-aləm əylənir, hər yan şadyanlıq Mən isə batıram yasa gecələr.












































