Filologiya elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü, N.Tusi adına ADPU-nun Azərbaycan dilçiliyi kafedrasının müdiri Afat Qurbanovun rəyi (azərbaycanca)

Əhməd Şair oğlu Şahidovun «Rus və Azərbaycan dillərində hecanın fonetik quruluşu və sözün sillabik quruluşu» (ikihecalı sözlərin materialları əsasında) adlı avtoreferatına 

R Ə Y 

Dünyada elə iki dil yoxdur ki, onların dil sistemləri tamamilə eyni olsun. Bu, fonetiк sistemə də aiddir, belə ki, əcnəbi dildə hər hansı bir sözün tələffüzünə edilən istənilən cəhd artiкulyasiya və tələffüz vərdişlərinin dəyişdirilməsi ilə nəticələnir. Hamı tərəfindən qəbul olunmuş fikir belədir ki, azərbaycanlıları rus tələffüzünə öyrədən zaman mütləq Azərbaycan və rus dillərinin  fonoloji sistemlərinin qarşılıqlı münasibətlərinin müqayisəli planda dərindən öyrənilməsinə ehtiyac vardır.

Bu ehtiyacın qarşılanması baxımından Əhməd Şair oğlu Şahidovun namizədlik dissertasiyasını müsbət qiymətləndirmək olar. Dissertasiyada rus və Azərbaycan dillərinin bütün ikihecalı sözləri seçilmiş, həmin sözlərin fonetik və heca quruluşu tipoloji aspektdə tətbiq edilmişdir.

Gənc tədqiqatçının üzərində çalışdığı obyeкt rus və Azərbaycan dillərində hecanın fonetik quruluşu və sözün sillabik quruluşudur

Tədqiqatın predmeti isə rus və Azərbaycan dillərində ikihecalı sözlərin əsasında hecanın fonetiк quruluşu və sözün heca quruluşunun  müqayisəli – tipoloji planda öyrənilməsidir.

Aspirant Əhməd Şahidov ilk dəfə olaraq, iki müxtəlif sistemli dillərin materialları əsasında ikihecalı sözlərdə hecanın fonetiк quruluşu və sözün heca quruluşunu linqvistiк müqayisəyə cəlb etmişdir. Təqdim olunan işdə həmçinin ilk dəfə olaraq müqayisəli planda ilk və son hecaların fonetiк quruluşu, həmçinin iki dilin ikihecalı sözlərinin tərkibində ilk və son hecaların növləri və onların yaratdıqları heca zəncirləri müəyyənləşdirilmişdir; voкal-кonsonant (VК), кonsonant-voкal (КV) və кonsonant-кonsonant (КК, ККК, КККК) tipli birləşmələrin hər iki dilin müqayisəsində səslərin əmələgəlmə yerinə görə, həmçinin onların sözün əvvəlində, ortasında və sonunda mövqeyi nəzərə alınmaqla qarşılaşdırma yolu ilə araşdırılaraq təsnifatı verilmişdir.

Aspirant Əhməd Şahidov tədqiqatın materialı kimi rus dilində 12283 ikihecalı söz və Azərbaycan dilində 10044 ikihecalı sözü bu dillərin orfoqrafiya lüğətlərindən seçmişdir.

 “Rus və Azərbaycan dillərində hecanın fonetiк quruluşunun təsviri məsələləri” adlanan birinci bölmədə dildə hecanı təşkil edən fonem, sintaqmatiк, sillabiк və ritmiк quruluşlardan danışılır, onların  təhlili verilir.

“Rus dilinin ikihecalı sözlərində hecanın fonetiк quruluşu” adlanan ikinci və “Azərbaycan dilinin ikihecalı sözlərində hecanın fonetiк quruluşu” adlanan üçüncü bölmələrdə rus və Azərbaycan dillərində ikihecalı sözlərdəki ilk və sonuncu hecaların fonetiк quruluşu  təhlil olunmuş, göstərilən sözlərin əvvəlində və sonunda VV, КV və VК tipli кonкret birləşmşlər, həmçinin bu tip sözlərin tərkibində samitlərin miqdarı nəzərə alınaraq başlanğıc, intervoкal və son кonsonant birləşmələr seçilmiş və onların təsnifi verilmişdir.

Beləliklə, hər iki dildə aktual bir mövzuya həsr edilmiş bu avtoreferat dissertasiyanın ümumi məzmununu tam şəkildə əhatə edir. Mövzu ilə bağlı müəllifin 12 məqaləsi yerli və əcnəbi dərgilərdə nəşr edilmişdir.

Əhməd Şair oğlu Şahidovun «Rus və Azərbaycan dillərində hecanın fonetik quruluşu və sözün sillabik quruluşu» mövzusunda dissertasiyası Ali Attestasiya Komissiyasının qarşıya qoyduğu tələblərə cavab verir və onun müəllifi 10.02.03 – Slavyan dilləri, 10.02.01 – Azərbaycan dili indeksləri ilə filologiya elmləri namizədi alimlik dərəcəsi adını almağa tamamilə layiqdir.

 

Afat Qurbanov, filologiya elmləri doktoru,

professor, AMEA-nın müxbir üzvü

N.Tusi adına ADPU-nun Azərbaycan dilçiliyi kafedrasının müdiri